Masazırda ev yanıb - YENİLƏNİB

Masazırda ev yanıb - YENİLƏNİB
# 29 noyabr 2021 11:37 (UTC +04:00)

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 675 m² (hər mərtəbəsi 225 m²) olan mansarda tipli üçmərtəbəli evin ikinci mərtəbəsinin və mansardasının yanar konstruksiyaları 450 m² sahədə, birinci mərtəbəsinin tavanı 24 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

11.27

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, F.Əmirov küçəsində ikimərtəbəli mansarda tipli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR