Mehdiabadda avtomobil əvvəlcə avtomaşına, daha sonra ağaca çırpılıb - FOTO

Mehdiabadda avtomobil əvvəlcə avtomaşına, daha sonra ağaca çırpılıb - <span class="red_color">FOTO</span>
# 09 iyun 2021 05:14 (UTC +04:00)

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Mehdiabaddan Digah qəsəbəsinə gedən yolda baş verib.

Rufullayev Valeh Əliheydər oğlu idarə etməsində olan "Toyota" markalı maşınla əvvəlcə yol kənarında dayanan "Lada" markalı avtomobilə çırpılıb, daha sonra "Toyota" ağaca dəyib. Qəza nəticəsində V.Rufullayev xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR