Məhkəmə qardaşını qətlə yetirən şəxsə bəraət verib

Məhkəmə qardaşını qətlə yetirən şəxsə bəraət verib
# 08 dekabr 2021 16:37 (UTC +04:00)

Bakıda qardaşını qətlə yetirən Elçin Camalovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, bu ilin mart ayında Nəsimi rayonu ərazisində qardaşı ilə dava zamanı onu ürəyindən bıçaqlayaraq qətlə yetirən E.Camalovun əməlində cinayət tərkibi olduğu sübut olunmadığı əsas götürülərək ona bəraət verilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmayıb, qardaşı ilə dava zamanı özünü müdafiə etmək üçün onu vurub.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Nəsimi rayonu ərazisində qeydə alınıb.

1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dava zamanı Elçin Camalov özü də çoxsaylı bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR