Mərdəkanda ağaclıq ərazidə baş verən yanğın söndürülüb

Mərdəkanda ağaclıq ərazidə baş verən yanğın söndürülüb
# 23 iyun 2021 13:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi Şağan yolunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR