Bakı şəhərinin Səbail rayonunda Mərkəzi Nəbatat Bağının ərazisində təqribən 1 ha sahədə quru ot yanıb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, bağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
16.24
Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.
APA-nın xəbərinə görə, bu barədə FHN-in mətbuat xidmətinin məlumatında bildirilib.
Əlavə məlumat veriləcək.
***
15.25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.