Metroda nasazlığa görə xətlərdə 3-4 dəqiqə yubanma olub

Metroda nasazlığa görə xətlərdə 3-4 dəqiqə yubanma olub
# 10 sentyabr 2021 09:42 (UTC +04:00)

"Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda nasazlıq ehtimalı olduğundan sərnişinlər təlimat tələbinə uyğun olaraq "Ulduz" stansiyasında düşürdülüb.

"Bakı metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib.

Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR