Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olunub - YENİLƏNİB-2

Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olunub - YENİLƏNİB-2
# 30 oktyabr 2021 16:42 (UTC +04:00)

Bakı metrosunun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olunub.

Bu barədə APA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, metronun 28 May stansiyasında baş verən tüstülənmə ilə bağlı Xətai-Cəfər Cabbarlı mənzilində qatarların hərəkəti məhdudlaşdırılmışdı.

***

15.53

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

15.03

Xətai-Cəfər Cabbarlı mənzili istisna olmaqla, Bakı metropoliteninin xətlərində hazırda qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.

APA-nın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metropolitenin yaşıl və qırmızı xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq artıq təmin olunub. Yeganə istisna Xətai-Cəfər Cabbarlı mənzilidir.

***

14.55

“Baki Metropoliteni”in "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR