Mingəçevir bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi üzrə məhkəmə başlayır

Mingəçevir bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi üzrə məhkəmə başlayır

© APA | Baş Prokurorluq

# 02 avqust 2021 11:59 (UTC +04:00)

Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləmiş Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir şəhər prokurorluğunun APA-ya verilən məlumata görə, aparılmış istintaqla Coşqun Abdullayevin bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib, hazırda istintaq tamamlanaraq cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR