Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB
# 04 iyul 2021 09:04 (UTC +04:00)

Mingəçevirdə tələbəni qətlə yetirən şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər Prokurorluq əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib

***

saat 01.33

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR