Mingəçevir sakinindən odlu silah götürülüb - FOTO

Mingəçevir sakinindən odlu silah götürülüb - <span class="red_color">FOTO

© APA | Xətai Rüstəmov

# 21 iyul 2021 15:02 (UTC +04:00)

Mingəçevir şəhər sakini Xətai Rüstəmovun qanunsuz olaraq odlu silah gizlətməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR