Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 07 iyul 2021 09:18 (UTC +04:00)

Mingəçevirdə 35 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhər polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri ilə dünən axşam saatlarında 1886-cı il təvəllüdlü şəhər sakini Firdovsi Abbasovu bıçaqlayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini Elçin Tağıyev saxlanılaraq istintaqa cəlb edilib.

***

23:30

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bağlar massivində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasov Firdovsi Xanahməd oğlu münaqişə zamanı müxtəlif bədən nahiyələrindən bıçaqlanaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR