Mingəçevirdə 24 yaşlı oğlan su anbarında batıb - YENİLƏNİB

Mingəçevirdə 24 yaşlı oğlan su anbarında batıb - YENİLƏNİB
# 23 avqust 2021 18:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdə 24 yaşlı oğlanın su anbarında batması barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18.10

Mingəçevir su anbarında çimən gənc batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə anbarın qeyri-çimərlik ərazisində baş verib.

Şəki rayon sakini, 1997-ci il il təvəllüdlü Qarayev Orxan Mahir oğlu çimərkən batıb. Dalğıc-axtarış qrupu onun meyitini sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR