Mingəçevirdə 37 yaşlı kişi 15 yaşlı yeniyetməni güllələyərək öldürüb - FOTO - VİDEO

Mingəçevirdə 37 yaşlı kişi 15 yaşlı yeniyetməni güllələyərək öldürüb - FOTO  - VİDEO
# 18 noyabr 2021 23:32 (UTC +04:00)

Mingəçevirdə güllələnmə hadisəsi qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib.

Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib.

Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR