Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub

Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub
# 14 sentyabr 2021 09:03 (UTC +04:00)

Mingəçevirdə avtomobil təmiri sexinin ərazisində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Opel" və "Mercedes" markalı minik avtomobillərinin arxa tərəfləri qismən əriyib. Hər iki avtomobilin qalan hissəsi və ərazidə dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR