Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub
# 26 iyul 2021 03:10 (UTC +04:00)

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR