Mingəçevirdə həyətdə insan skletləri  tapılıb - VİDEO

Mingəçevirdə həyətdə insan skletləri  tapılıb - VİDEO
# 16 oktyabr 2021 12:37 (UTC +04:00)

Mingəçevir şəhərində fərdi təsərrüfatlardan birində insan skletləri üzə çıxıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhər sakini Elçin Namazov həyətində qazıntı apardığı zaman insan skletinin qalıqlarına rast gəlib.

Hadisə barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Araşdırmalar zamanı ərazidən daha bir meyit qalığı üzə çıxıb.

Əldə olunan ilkin məlumata görə, həyətin ərazisi vaxtilə qəbiristanlıq kimi istifadə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR