Mingəçevirdə iş yoldaşını öldürən şəxsin istintaqı başa çatıb

Mingəçevirdə iş yoldaşını öldürən şəxsin istintaqı başa çatıb
# 16 sentyabr 2021 16:19 (UTC +04:00)

2021-ci il iyulun 4-də Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevi turistik bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ümumilikdə 6 bədən xəsarəti yetirib onu qəsdən öldürüb.

Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR