Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb - FOTO - YENİLƏNİB

İtkin düşən Amanov Famil Müqabil oğlu

© APA | İtkin düşən Amanov Famil Müqabil oğlu

# 26 iyul 2021 20:30 (UTC +04:00)

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 13 yaşlı şəhər sakini Famil Müqabil oğlu Amanov Kür çayı sahilində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

***

Saat 17:56

Mingəçevirdə uşaq itkin düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR