Mingəçevirdə küçədə meyit tapılıb

Mingəçevirdə küçədə meyit tapılıb
# 05 noyabr 2021 12:00 (UTC +04:00)

Mingəçevirdə küçədə kişi meyiti aşkar edilib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində qeydə alınıb. Ərazidə kimliyi hələlik bilinməyən 50-52 yaşlarında kişinin meyiti aşkarlanıb.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR