Mingəçevirdə Kür çayına yıxılan 17 yaşlı oğlan xilas edilib

Mingəçevirdə Kür çayına yıxılan 17 yaşlı oğlan xilas edilib
# 11 iyun 2021 14:19 (UTC +04:00)

Mingəçevirdə yeniyetmə oğlan körpüdən Kür çayına yıxılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə çayın üzərindəki nəqliyyat körpüsündə baş verib.

2004-cü il təvəllüdlü Məmmədov Ziya Azər oğlu ehtiyatsızlıq səbəbindən körpüdən çaya yıxılıb. Ərazidə olan qayıqçılar tərəfindən dərhal sudan çıxarılan Z.Məmmədova ilkin yardım göstərilib, durumu stabildir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR