Mingəçevirdə minik maşını aşıb - FOTO

Mingəçevirdə yol qəzası

© APA | Mingəçevirdə yol qəzası

# 22 noyabr 2021 15:37 (UTC +04:00)

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər - 1 qadın, 1 kişi yüngül bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya avtomobilin təkərinin partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR