Mingəçevirdə minik maşını motosikletçini vurub - FOTO

Mingəçevirdə yol qəzası

© APA | Mingəçevirdə yol qəzası

# 15 noyabr 2021 11:34 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. “Mercedes” markalı maşın motosikletçini vuraraq ona xəsarət yetirib. Xəsarət alan 1986-cı il təvəllüdlü Hüseynli Akşin Rafiq oğlu xəstəxanaya yerləşdirilib.

Məlumata görə, A. Hüseynli dönərxanalardan birində kuryer işləyir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR