Mingəçevirdə minik maşını motosikletlə toqquşub 

Mingəçevirdə minik maşını motosikletlə toqquşub 
# 26 sentyabr 2021 01:59 (UTC +04:00)

Mingəçevirdəbir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

“VAZ 2106” markalı maşın “Azərkabel” zavodu yaxınlığında motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1982-ci il təvəllüdlü motosikletin sürücüsü Əsədli Mürşüd Ramil oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR