Mingəçevirdə narkotik aludəçisi qadına xəsarət yetirib

Mingəçevirdə narkotik aludəçisi qadına xəsarət yetirib
# 20 oktyabr 2021 01:44 (UTC +04:00)

Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR