Mingəçevirdə orta məktəbdə qanun pozuntuları ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 11 noyabr 2021 11:00 (UTC +04:00)

Mingəçevir şəhər 3 saylı tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən məktəbin sabiq dirketoru Kəmalə Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illər ərzində məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakultativ məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakultativ məşğələ saatlarını rəsmiləşdirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR