Mingəçevirdə sirkə turşusu içmiş gənc ölüb

Mingəçevirdə sirkə turşusu içmiş gənc ölüb
# 27 iyun 2021 19:53 (UTC +04:00)

Bu gün səhər saatlarında Mİngəçevirdə 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlu küçədə huşsuz vəziyyətdə aşkarlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, C.Xəlilov 9 saylı orta məktəbin yaxınlığında huşunu itirib.

O, xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan C.Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə və araşdırma zamanı məlum olub ki, C.Xəlilov problemləri səbəbindən sirkə turşusu içib.

Qeyd edək ki, ölən şəxs Mingəçevirdə məcburi köçkün şəhərciyində yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR