Mingəçevirdə sürüşmə olub

Mingəçevirdə sürüşmə

© APA | Mingəçevirdə sürüşmə

# 27 noyabr 2021 12:08 (UTC +04:00)

Mingəçevir şəhərində 60 məcburi köçkün ailəsinin məskunlaşdığı binada sürüşmə qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı keçmiş “Turist bazası” kimi tanınan ərazidə baş verib.

Son yağışlı havalardan sonra sürüşmənin miqyası daha da genişlənib, binada da çökmə yaranmağına səbəb olub. Mənzillərin çoxunda çatlar əmələ gəlib.

Ötən gecə isə, binada məskunlaşan Ağdam rayon sakini Vəli Zeynalova məxsus tikilinin ön hissəsini uçub.

Qeyd edək ki, Mingəçevirin keçmiş “Turist bazası” kimi tanınan ərazisində 1992-1993-ci illərdə Ağdam, Kəlbəcər və Laçın rayonlarından olan 60-dan çox ailə məskunlaşıb. Ərazidə baş verən sürüşmələr ötən illərdə də qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR