Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb - VİDEO - YENİLƏNİB

Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər

# 03 iyun 2021 09:46 (UTC +04:00)

Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfərin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonu Dəllər-Cəyir kənd sakinləri - əvvəllər məhkum olunmuş  Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər.

Araşdırma zamanı məlum olub ki, adları qeyd edilən şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan  pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən E.İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib. Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR