Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb
# 01 avqust 2021 09:02 (UTC +04:00)

Mingəçevirdə təcili yardım maşını qəzaya uğrayıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 yanvar küçəsində baş verib. “VAZ 2107” markalı maşın çağırışa gedən “Mercedes” sprinter markalı təcili yardım maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR