Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın olub
# 25 iyul 2021 19:29 (UTC +04:00)

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 yanvar küçəsi 21 saylı binanın beşinci mərtəbəsində yerləşən 35 saylı mənzildə baş verib.

Bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün iki yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR