Mingəçevridə yük maşınında yanğın olub - FOTO

Mingəçevridə yük maşınında yanğın olub - FOTO
# 03 iyul 2021 05:10 (UTC +04:00)

Mingəçevirdə "KamAZ" markalı yük maşınında yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin çimərlik yolu istiqamətində qeydə alınıb.

Şəmkir rayon sakininə məxsus yük maşınının təkərlərində gözlənilmədən başlayan yanğın ciddi təhlükə yaradıb. Hadisə yerinə gələn FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən alov söndürülüb və maşının digər hissələri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR