Nabranda dənizdə batan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB

Nabranda dənizdə batan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
# 05 iyul 2021 09:26 (UTC +04:00)

Xəzərin nabran ərasində batan iki nəfərin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qubanın Aşağı Atuc kənd sakinləri Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

20:47

Xəzər dənizində 2 nəfər batıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfər batıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR