Naftalan sakini naməlum şəraitdə qolundan xəsarət alıb

Naftalan sakini naməlum şəraitdə qolundan xəsarət alıb
# 30 avqust 2021 05:51 (UTC +04:00)

Naftalan sakini qol nahiyəsindən ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Qasımbəyli qəsəbəsində baş verib.

Təxminən 27-30 yaşlarında olan Talıbov Elnur Fəxrəddin oğlu naməlum şəraitdə sol qol nahiyəsindən ağır kəsik-deşik xəsarəti ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, yaralı kişi sərxoş vəziyyətdə olub. Onun özü-özünə xəsarət yetirdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR