Narkotik dövriyyəsində sübhəli bilinən Lənkəran sakini tutulub

Narkotik dövriyyəsində sübhəli bilinən Lənkəran sakini tutulub
# 25 may 2021 10:01 (UTC +04:00)

Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli bilinən Lənkəran rayon sakini Emin Seyfullayev idarə etdiyi “Opel” markalı “99 US 697” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılıb.

Polis əməkdaşları tərəfindən E.Seyfullayevin üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin salonundan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Seyfullayev avtomobildən tapılan maddi sübutların ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR