Naxçıvanın sabiq təhsil naziri azadlığa buraxılıb, sabiq daxili işlər nazirinə 11 illik cəza verilib

Naxçıvanın sabiq təhsil naziri azadlığa buraxılıb, sabiq daxili işlər nazirinə 11 illik cəza verilib

© APA | Məmməd Qəribov və Əhməd Əhmədov

# 18 iyun 2021 11:24 (UTC +04:00)

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində  M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb. 

Xatırladaq ki, bir müddət əvvəl M. Qəribov və sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq həbs olunub.

Ə. Əhmədov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Əhməd Əhmədova hökm oxunması barədə ilk xəbəri unikal.org saytı yayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR