Nazir müavini: "Bu il axtarışda olan 2200 nəfər tutulub"

Nazir müavini: "Bu il axtarışda olan 2200 nəfər tutulub"
# 09 iyul 2021 16:26 (UTC +04:00)

Bu il qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2021-ci ilin 1-ci yarısı ilə bağlı keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeyd deyib.

Nazir müavini, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını, habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR