Nazirlik: Amnistiya aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb, 24-ü azadlığa buraxılıb

Aynur Sabitova

© APA | Aynur Sabitova

# 03 dekabr 2021 13:10 (UTC +04:00)

Zəfər Günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib. O bildirib ki, həmin qadınlardan 40-nın cəzası 6 ay azaldılıb, 24-ü isə azadlığa buraxılıb.
Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR