Neftçala sakini həmyerlisini qətlə yetirib - VİDEO - YENİLƏNİB

Neftçala sakini həmyerlisini qətlə yetirib - VİDEO  -  YENİLƏNİB
# 22 iyul 2021 23:09 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


14:23

Neftçalada qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Bankə qəsəbəsində qeydə alınıb. Belə ki, Bankə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Baloğlanov Famil Ağabala oğlu həmyerlisi, 1989-cu il təvəllüdlü Musayev Mirağa Mirkərim oğlunu ürək və ayaq nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirirlir. Belə ki, F.Baloğlanovun həyat yoldaşının telefonuna gələn zəng qətlin baş verməsinə səbəb olub.

Faiq Baloğlanov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR