Neftçalada 10 ton narkotik bitki məhv edilib

Neftçalada 10 ton narkotik bitki məhv edilib
# 26 may 2021 12:37 (UTC +04:00)

Neftçala rayonunda yabanı halda bitən külli miqdarda narkotik vasitə məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mikayıllı kəndi ərazisində yabanı halda bitmiş 10 ton çəkidə 11132 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR