Neftçalada avtomobillə motosiklet toqquşub, bir qardaş ölüb, digəri xəsarət alıb - YENİLƏNİB

Neftçalada avtomobillə motosiklet toqquşub, bir qardaş ölüb, digəri xəsarət alıb - YENİLƏNİB
# 31 may 2021 16:57 (UTC +04:00)

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 90 SV 435 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobillə "İJ" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü - 1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və sərnişini olan qardaşı - 1990-cı il təvəllüdlü Səmədov Ağabala Ağaqulu oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki qardaş təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, Seymur Səmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

13.11

Neftçalada motosiklet qəzaya uğrayıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Neftçalanın Qoltuq kəndi ərazisində baş verib. Motosikletin qəzaya uğraması nəticəsində iki nəfər - 1989-cu il təvəllüdlü Seymur Ağaqulu oğlu və 1990-cı il təvəllüdlü Ağabala Səmədov xəsarət alıb. Seymur Ağaqulu oğlu Bakıya xəstəxanaya aparılarkən yolda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR