Neftçalada dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb, onlardan ikisi ata və oğuldur- YENİLƏNİB-1

Neftçalada dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb, onlardan ikisi ata və oğuldur- YENİLƏNİB-1
# 06 iyul 2021 15:00 (UTC +04:00)

Neftçalada dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 5-də axşam saat 18:00 radələrində Neftçalanın Şirvanlı kəndi ərazisində qeyri-çimərlik ərazidə rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıc-axtarış əməliyyatları zamanı boğulan 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

5 iyul, 21.26

Bu gün axşam saat 18:15-də Neftçalanın Şirvanlı kəndi ərazisində dənizdə boğulan şəxslərin rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu olduğu müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Məmməd Bədəlovun 2010-cu il təvəllüdlü digər oğlu xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Şükür Mənəfovun axtarışları davam edir.

***

19:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR