Neftçalada fermada yanğın olub

Neftçalada fermada yanğın olub
# 27 iyul 2021 08:58 (UTC +04:00)

Neftçalada fermada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Neftçala rayonunda yerləşən ferma ərazisində ümumi sahəsi 2800 m² tikilinin dam örtüyünün yanar konstruksiyaları 800 m² sahədə və yaxınlıqda yığılan 50 ton ot bağlamasının 35 tonu yanıb.

Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR