Neftçalada qardaşını qətlə yetirən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Neftçalada qardaşını qətlə yetirən şəxs saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 09 iyul 2021 00:36 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 00:06

Neftçalada qətl törədən şəxs polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Həsənabad kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı -1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münaqişə zəminində bıçaqlayıb.

Bud nahiyəsindən bıçaqlanan Zaur Məmmədov arterial damarının kəsilməsi nəticəsində qanaxmadan həyatını itirib. Qətli törədən Vahid Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Saat 21:54

Neftçala rayonunda qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad qəsəbəsində baş verib.

Həsənabad sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı - 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR