Neftçalada qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

Neftçalada qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB
# 15 sentyabr 2021 10:04 (UTC +04:00)

Neftçalanın Qaramanlı kəndində “VAZ 21011” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində Neftçala rayonunun Müşfiq kənd sakinləri - 1949-cu il təvəllüdlü Yusif Əhmədov və 1954-cü il təvəllüdlü Qabil Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1949-cu il təvəllüdlü sürücü Ağayev Seyidağa Böyükağa oğlu isə hadisə yerində ölüb.

***

09:15

Neftçala rayonunun Qaramanlı kəndində qəza olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində Qaramanlı kənd sakini Ağayev Seyidağa Böyükağa oğlu ölüb.

Daha 2 nəfər yaralanıb və Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR