Niyazi Bayramov partlayış zamanı xəsarət alanlara baş çəkib

Niyazi Bayramov partlayış zamanı xəsarət alan şəxslərə baş çəkib

© APA | Niyazi Bayramov partlayış zamanı xəsarət alan şəxslərə baş çəkib

# 19 noyabr 2021 21:22 (UTC +04:00)

Ötən gün Gəncə şəhər Ə.Nəvai küçəsində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə nəticəsində evin müəyyən hissəsi uçub, evdə olan Verdiyeva Sahibə Rasim qızı və oğlu Verdiyev Əli Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdiriliblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər xəstəxanasında xəsarət alanlara baş çəkib. “Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin direktoru Nazim Əhmədov şəhər rəhbərinə hadisə zamanı xəsarət alanların sağlamlıq durumu barədə məlumat verib. Niyazi Bayramov onların müalicəsi ilə bağlı zəruri imkanların səfərbər olunması istiqamətində vacib tapşırıqlar verib. N.Bayramov xəsarət alan şəxslərin ailə üzvləri ilə də görüşərək onları narahat edən məsələlərlə maraqlanıb.

Qeyd edək ki, S.Verdiyevanın və oğlu Ə.Verdiyevin vəziyyətləri orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR