Novxanı-Binəqədi yolunda 4 avtomobil toqquşub, yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Novxanı-Binəqədi yolunda 4 avtomobil toqquşub, yaralılar var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 06 iyun 2021 21:27 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat. 19:50

Novxanı-Binəqədi yolunda ağır qəza olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR