Novxanıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Novxanıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 17 iyun 2021 02:10 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 00:34

Sumqayıtda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Adilzadə Anar Çingiz oğlunun idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" daş hasara dəyib. Qəza nəticəsində avtomobildə olan hamilə qadın və onun əri ağır xəsarət alıb. "Chevrolet"in sürücüsü də ağır xəsarət aldığından hər üç yaralı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidi Pərviz Əliyevin APA-ya verediyi məlumata görə, "Chevrolet" yüksək sürətlə əks yola çıxıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR