Novxanıda naməlum kişi meyiti tapılıb - FOTO

Novxanıda naməlum kişi meyiti tapılıb - FOTO
# 05 oktyabr 2021 10:58 (UTC +04:00)

Sumqayıt şəhəri Novxanı bağlar massivində 60-70 yaşlarında, boyu 163 santimetr olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055-730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR