Oğuzda karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib

Oğuzda karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib

© APA | Oğuzda karantin qaydalarını pozan şadlıq sarayı

# 23 iyul 2021 15:19 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və istirahət mərkəzlərində keçirilən toy mərasimlərində yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Mələk”, “Qızıl Tac” və “Kral” şadlıq evlərində keçirilən yoxlamalar zamanı təşkil edilən toy məclisləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Həmin obyektlərin icarədarları və ya sahibləri – Afər İsmayılov, Yusif Yusifov və Bəxtiyar Güləhmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bayan kəndi ərazisində yerləşən “Palma” istirahət mərkəzində keçirilən toy mərasimində isə müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin obyekti işlədən Aydın Mikayılov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR