Oğuzda maşın ağaca çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Oğuzda qəza

© APA | Oğuzda qəza

# 27 noyabr 2021 11:58 (UTC +04:00)

Oğuzda ağır yol qəzasında ölən və yaralan şəxslərin kimlikləri məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ölən rayonun Xaçmaz kənd sakini, 1992-ci il təvəllüdlü Aqil Zaman oğlu Haşımlidi.

Yarlanan isə 1968-ci il təvəllüdlü Ruqiyyə Aydın qızı Həşimovadır.

***

11:28

Oğuzda ağır yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə 11 radələrində Oğuz-Xaçmaz avtomobil yolunda baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR